«Nizami
dünyasının rəngləri»
İyunun 17-dən Romada Azərbaycan və İtaliyanın
qadın rəssamlarının birgə sərgisi təşkil
olunub. "Sönməz Məşəl" Mədəni
Əlaqələr İctimai Birliyinin və QHT-lərə Dövlət Dəstəyi
Şurasının yardımı ilə həyata keçirilən
"Nizami dünyasının rəngləri"
layihəsi çərçivəsində gerçəkləşdirilən
bu sərgidə dahi
Azərbaycan şairinin poemalarına
çəkilmiş əsərlər nümayiş
olunur. Ölkəmizi fırça
ustalarından Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı,
Günay Həsənova təmsil edirlər.
Sərgi Romanın məşhur "Gallela
d'Arte Consorti" rəsm
qalereyasında gerçəkləşib.
Azərbaycan.-2013.- 20 iyun.- S.8.